Cinayətkarlar ciddi şəkildə cəzalandırılmalı, konkret şəxslərin simaları ümumiləşdirilməməlidir - Zurabişvili
Prezident Salome Zurabişvili əlil yeniyetmənin polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması faktına münasibət bildirib və deyib ki, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır. O bildirib ki, konkret şəxslərin siması ümumiləşdirilə bilməz və belə hallarda dövlət qurumuna kölgə salmaq olmaz.

"Polis kimi ictimai təhlükəsizliyi və insan hüquqlarını qorumaq öhdəliyi daşıyan dövlət qurumuna ictimaiyyətin etimadının olması vacibdir. Belə konkret hallara görə dövlət qurumuna kölgə salmaq bir növ ümumiləşdirilmə ola bilər və qəbuledilməzdir",
- deyə Zurabişvili bildirib.

Yanvarın 24-də polis əməkdaşının vətəndaşı döydüyünü əks etdirən görüntülər yayılıb. Video əvvəlcə metro stansiyalarından birinin eskalatorunda çəkilib, orada yeniyetməni müşayiət edən şəxslər polisə onun kar və lal olduğunu deyiblər, polis isə belə cavab verib:

"O, kar-laldır? Bəs indi mən onu danışdıra bilsəm? [...] Bax, indi danışdıracam."

Dövlət müfəttişinin sözlərinə görə, faktla bağlı 2 polis saxlanılıb. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, polis 17 yaşlı əlil gəncə fiziki zorakılıq edib. Nəticədə o, başından və üzündən xəsarətlər alıb. O, həmçinin şiddətli fiziki ağrılar çəkib və özünü alçaldılmış hiss edib.



Mənbə: On
Print Email
FaceBook Twitter Google