"Ötən il Gürcüstan və Azərbaycan arasında "İpək yolu"
birgə gömrük-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutan
saziş imzalanıb".
Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Gömrük
Gününə həsr olunan tədbirdə çıxışında deyib.
O, tərəfdaş təşkilatları bu layihənin həyata keçirilməsini
dəstəkləməyə çağırıb.
Nazir, həmçinin qeyd edib ki, 2021-ci ildə Gürcüstan, Türkiyə və
Azərbaycan arasında gömrük sahəsində yeni üçtərəfli əməkdaşlıq
formatının əsası qoyulub.
L.Xutsişvili gömrük sahəsində ikitərəfli, üçtərəfli və çoxtərəfli
əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.