“Azərbaycan Gürcüstanla münasibətlərin inkişafı və
möhkənmləndirilməsinə böyük önəm verir. Ölkələrimiz arasında
gömrük, ticari-iqtisadi, siyasi və mədəniyyət sahələrində
münasibətlər ən yüksək səviyyədədir”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Tbilisidə
Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirə göndərdiyi
videotəbrikdə deyib.
O qeyd edib ki, Gürcüstan və Azərbaycanın ikitərəfli və çoxtərəfli
formatlarda, xüsusən də, Beynəlxalq Gömrük Təşkilatı, GUAM və Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə iştirakı sıx
əməkdaşlığın dərinləşdirilməsinə yönəlib:
“Gürcüstanla dövlət sərhədlərinin vahid idarə olunması
prinsipinin tətbiqi, həmçinin tranzit dəhlizi üzrə beynəlxalq
yüklərin fasiləsiz hərəkətinin təmin oluması istiqamətləri üzrə
əməkdaşlığımız yüksək səviyyədədir. Ümid edirəm ki, gələcəkdə
gömrük qurumlarımız arasında əməkdaşlıq daha da möhkəmlənəcək və
dərinləşəcək”.
DGK sədri Gürcüstan gömrükçülərini Beynəlxalq Gömrük Günü
münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.