Avropa çempionatı: Gürcüstan yığması ikinci qələbəsini qazanıb
Futzal üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.

İlk oyununda Gürcüstan yığması Bosniya və Herseqovinanı sınağa çəkib.

Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci yarıda 2 qol vuraraq qələbə qazanıblar - 2:1. Bu nəticədən sonra xallarını 6-ya çatdıran kollektiv liderliyə yüksəlib. Xalı olmayan Bosniya və Herseqovina isə sonuncu pillədə qərarlaşıb.

Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəlib. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ikinci sınağında bu gün İspaniya ilə qarşılaşacaq. Görüş Tbilisi vaxtı ilə saat 23:30-da başlayacaq. Milli komanda məğlub olacağı halda, qrupdan çıxmaq şanslarını itirəcək.

Qeyd edək ki, İspaniya seçməsi ilk turda Bosniya və Herseqovinanı məğlub edib - 5:1.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google