“Biz inanırıq ki, “3+3” platforması etimadın
yaradılmasına kömək edir, həmçinin humanitar, mədəni, iqtisadi
münasibətlərə, regionda kommunikasiya və nəqliyyatın açılmasına
kömək edəcək”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi
mətbuat konfransında deyib.
Gürcüstanın bu formata qoşulmaması ilə bağlı səfir bildirib ki, bu
həmin ölkənin qərarıdır, Gürcüstan nə zaman qoşulmaq istəsə, buna
hazır olsa, qapı açıqdır.