Gürcüstanda rəyi soruşulanların 83 %-i ölkənin Avropa İttifaqına
(Aİ) üzvlüyünü dəktəkləyir.
Bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) ölkədə keçirdiyi
ictimai rəy sorğusu nəticəsində məlum olub.
Respondetlərin 8 %-i Aİ-yə üzvlüyü dəstəkləməyib, digər 8 %-i isə
müvafiq suala cavab verə bilməyib.
Sorğuda Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin faiz
göstəricisi isə 77 % təşkil edib. Ölkənin bu məqsədini 11 %
dəstəkləməyib, 12 %-i isə sualı cavablamaqda çətinlik çəkib.
Sorğu 2021-ci ilin 7-13 dekabr tarixində telefonla aparılıb və 2
099 nəfərin rəyi öyrənilib.
Qeyd edək ki, NDI-nin ötən ilin yanvarında apardığı araşdırmaya
əsasən, Gürcüstanın Aİ-yə üzvlüyünü sorğuda iştirak edənlərin 80
%-i, NATO-ya qoşulmanı isə 74 %-i dəstəkləyib.