Kalauri kəndində bir nəfər həmkəndlisini qəsdən öldürməkdə ittiham edilərək saxlanılıb
Daxili İşlər Nazirliyi Qurcaaninin Kalauri kəndində qəsdən adam öldürmə maddəsi ilə 1961-ci il təvəllüdlü Q.M.-ya qarşı ittiham irəli sürüb.

Bu cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

“İstintaqla müəyyən edilib ki, cari il yanvarın 26-da Qürcaani bələdiyyəsinin Kalauri kəndində baş vermiş mübahisə zəminində təqsirləndirilən şəxs həmkəndlisi, 1985-ci il təvəllüdlü Q.Ç.-nı ov tüfəngi ilə güllələyib.

Polis sübut kimi cinayət silahını - ov tüfəngini götürüb",
- deyə Daxili İşlər Nazirliyi bildirib.
Mənbə: Publika
Print Email
FaceBook Twitter Google