Gürcüstanda ölkə vətəndaşlarının ölüm faktına görə keçən il ən
yüksək göstərici qeydə alınıb.
2021-ci ildə ölkədə 59 638 nəfər dünyasını dəyişib. Onların da 30
032-si kişilər, 29 606-sı isə qadınlar olub.
Bu barədə “Məlumat azadlığının inkişafı İnstitutu” qeyri-hökumət
təşkilatı (IDFI) Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə
Nəzarət Milli Mərkəzinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu, son 28 ildə ən yüksək göstəricidir.
Məlumata görə, 2021-ci ildə qeydə alınan ölüm sayı 2020-ci illə
müqayisədə 9 101 fakt, 2019-cu illə müqayisədə 12 979 fakt
çoxdur.
Gürcüstan Milli Statistika Xidmətindən isə bildirilib ki, bu da son
rəqəm deyil. Hazırda ölkədə doğum və ölüm halları ilə bağlı
statistik məlumatlar dəqiqləşdirilir. İyun ayında son hesabat
təqdim olunacaq.
Statistika Xidməti 1994-2020-ci illərin statistik məlumatlarını
dərc edib. Hesabatda deyilir ki, bu illər ərzində ölüm üzrə ən
yüksək göstərici 2010-cu ildə qeydə alınıb – 51 066 nəfər.
IDFI-nin məlumatına görə, ölüm hallarının artması koronavirus
pandemiyası ilə əlaqədar olub. 2021-ci ildə yalnız koronavirusdan
ölənlərin sayı 11 298 nəfərdir.
Mənbə: azertac.az