Gürcüstanın xarici dövlət borcu keçən ilin sonuna daha 670,2 milyon
ABŞ dolları artaraq 8,2 milyard dollara çatıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında qeyd
olunub.
Bildirilib ki, xarici borcun 7,73 milyard dolları hökumətin payına
düşür.
Mənbə: azertac.az