Marneuli bələdiyyəsinin 8 məktəbində koronavirusa aşkarlanıb, iki
təhsil müəssisəsi bağlanıb, 16 sinif isə hibrid təhsil modelinə
keçib.
Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bizimlə
söhbəti zamanı bildirdi ki, Saimerlo, Sadaxlı 1 saylı, Maradisi,
Şulaveri 2 saylı, Tsereteli, Marneuli 5, 6 və 8 saylı ictimai
məktəblərində yoluxma halları qeydə alınıb.
"İndiki mərhələdə Sadaxlı 1 saylı ictimai məktəbində 3
sinif, Maradisidə bir, Şualveridə 5, Marneuli 5 saylı məktəbdə 5, 8
saylı məktəbdə 2, Tseretelidə isə 3 ayrıca sinif distant rejimə
keçib."
Təhsil Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə, əsas
yoluxma halları müəllimlərdə qeydə alınır. 27 yanvar tarixinə olan
statistikaya görə, 7 pedaqoqda və 3 şagirddə virus aşkarlanıb.
Son 24 saat ərzində ölkədə koronavirusa 17 484 nəfər yoluxub. 3699
nəfər sağalıb, 27 nəfər isə dünyasını dəyişib.