Tbilisidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub
ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Gürcüstana səfər edib.

O, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

N.Samxaradze bildirib ki, ATƏT PA-nın xüsusi nümayəndəsi Tbilisinin Qafqazda sülh təşəbbüsü barədə məlumatlandırılıb və Gürcüstanın bu prosesdə iştirakına hazırlığı ifadə olunub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google