“Gürcüstanın “TEKNOFEST”ə qatılmasını arzulayırıq” – Fatma Ceren Yazqan
“Gürcüstanın “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına qatılmasını arzulayırıq”.

Bu sözləri müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun sözlərinə görə, Gürcüstan Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Festivalının təşkilinə dəstək olub:

“Festivalın təşkilinə yardım və dəstəyə görə Gürcüstana da təşəkkür etmək istəyirik. Çünki tədbirin baş tutması üçün Türkiyədən Azərbaycana çatdırılan avadanlıqlar Gürcüstandan keçib. Bu, bir çox cəhətdən Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı deməkdir”.

Qeyd edək ki, “Texnofest-2022” festivalı mayın 26-29-da Bakıda keçiriləcək.

Mənbə: report.az
Print