Sosial cəhətdən həssas pensiyaçılar üçün 500 larilik proqramdan 17 685 pensiyaçı faydalanıb
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, sosial cəhətdən həssas pensiyaçılar üçün nəzərdə tutulmuş 500 larilik proqramdan 17 685 pensiyaçı faydalanıb.

Paytaxt merinin Tbilisi hökumətinin iclasında dediyinə görə, proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan, müvafiq ailə reytinqi 200 mini keçməyən pensiya yaşında olan insanlardır.

“Sosial cəhətdən həssas pensiyaçılar üçün 500 larilik vauçer mənim seçkiqabağı vədim idi. Biz bu istiqamətdə konkret addım atmışıq, bu proqrama start verilib və kifayət qədər uğurla fəaliyyət göstərir. Bu günədək 17 685 pensiyaçı bu proqramdan yararlanıb. Bu proqram çərçivəsində onlar ilin istənilən vaxtında 500 lariyə qədər həkimin yazdığı müxtəlif dərman preparatlarını ala bilərlər.

Proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan, müvafiq ailə reytinqi balı 200 mini keçməyən pensiya yaşına çatmış şəxslərdir. Hələ bu proqramdan istifadə etməyənlər sağlamlıq durumunuz, eləcə də lazımi dərmanlar barədə məlumat verəcək həkimlə əlaqə saxlayıb proqramın xüsusi elektron moduluna yerləşdirsinlər və sizə yazılı bildirişlə xüsusi kod göndəriləcək. Biz bu proqramı həyata keçirməyə davam edəcəyik və mümkün qədər pensiyaçıların yanında olacağıq”,
- deyə Kaladze bildirib.

Mənbə: İnterPressNews
Print