Gürcüstan əhalisinin aylıq istehlak pulu xərclərinin 43,7%-ni ərzaq
məhsulları təşkil edir ki, bu da vətəndaşların xərclərinin böyük
hissəsinin ərzağa xərclənməsi deməkdir.
Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə ərzaq
məhsullarının istehlak xərclərində payı xeyli aşağıdır; Məsələn,
ABŞ-da bu rəqəm 27%, Eurostat-ın məlumatına görə, Polşada ərzaq
xərcləri ümumi xərclərin 17%, Litvada 20%, Belçikada 12,5%,
Yunanıstanda 15%, Hollandiyada 11% təşkil edir.
Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, Gürcüstanda
orta hesabla bir ailə ayda 1158 lari xərcləyir (orta ailənin 3,3
üzvü var), bu da hər üzvə ayda 346 lariyə başa gəlir.
Bu cəmi 1158 lari məbləğində vəsaitin 70%-i istehlakçıların nağd
pul xərcləri, 23,1%-i qeyri-istehlak pul xərcləri, 6,8%-i isə
nağdsız xərclərdir. Nəticədə, bir ailə ayda orta hesabla 810 lari
istehlak pulu xərcləyir. Bu 810 lari kateqoriyalara görə aşağıdakı
kimi paylanır:
• Qida məhsulları, içkilər, tütün məmulatları üzrə - 43,7% və ya
354 lari;
• Ev, su, elektrik, qaz və digər yanacaq növləri - 12,7% və ya 103
lari;
• Nəqliyyat üçün - 10,9% və ya 88 lari;
• Səhiyyə - 11,7% və ya 95 lari;
• Geyim, ayaqqabı - 3,5% və ya 28 lari;
• Məişət malları - 3,4% və ya 28 lari;
• Təhsil - 2% və ya 16 lari;
• Digər - 12,1% və ya 98 lari.
Milli Statistika İdarəsinin hesabatına görə, 2021-ci ildə əhalinin
istehlak xərcləri artıb, 2020-ci ildə orta hesabla bir ailə ayda
1038 lari xərcləyirdisə, 2021-ci ildə bu xərclər 1158 lariyə
yüksəlib.
İnflyasiya, xüsusən də ərzaq qiymətlərinin ikirəqəmli artması
istehlak xərclərinə təzyiqi daha da artıracaq.