ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına yardım təklif edir
Çərşənbə axşamı Vaşinqton Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına yardım etmək təklifini təkrar edib.

Dövlət katibi Entoni Blinken Ermənistan baş naziri Nikol Paşinyanla söhbət edib.

"Onlar son həftələr Cənubi Qafqazda müşahidə olunan müsbət dinamikanı müzakirə ediblər", – deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın zəng haqqında sualına cavabda bildirib və bir qədər sonra daha ətraflı hesabat verməyi vəd edib.

Dövlət Departamentinin çərşənbə axşamı yaydığı məlumatda deyilirdi ki, dövlət katibi Blinken "sərhədlərin delimitasiyasına və demarkasiyasına ABŞ-ın yardımını təklif edib və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyiş əldə etməyə çağırıb".

Blinken həmçinin Cənubi Qafqazdakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın prezident Əliyev və baş nazir Paşinyan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini təsdiq edib.

Dövlət katibi Blinken həmçinin ABŞ-ın "ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın və Azərbaycanın uzunmüddətli hərtərəfli sülh əldə etməsinə kömək etməyə" hazır olduğunu təsdiq edib, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Blinken həmçinin regionda və ümumilikdə sülhü, sabitliyi və tərəqqini təmin etmək üçün Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının əhəmiyyətini qeyd edib.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google