Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün
keçirilməsi təklif olunur.
Bu barədə müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren
Yazqan deyib.
O, ötən həftə üç ölkə parlamentinin xarici əlaqələr komitələrinin
sədrlərinin Azərbaycanda toplandığını qeyd edib:
“Bu
formatda görüş hər il keçirilir. Fikrimcə, parlamentarilərin, xalq
nümayəndələrinin bir araya gəlməsi böyük əhəmiyyət daşıyır. Bu,
xarici işlər nazirlərinin ölkələrin yerləşdiyi regionun vəziyyətini
və inkişafını müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlməsi
faktından daha vacibdir. Çünki imzaladığımız bütün müqavilələr
təsdiqlənməsi üçün qanunverici orqana təqdim edilir. Üçtərəfli
əməkdaşlığı fərqli sahələrdə inkişaf etdirmək lazımdır. Məsələn,
parlament sədrlərinin üçtərəfli görüşü. İnşallah, düşünürəm ki, bir
gün bu, mütləq baş verəcək”.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın geniş
müsahibəsini buradan oxuya bilərsiniz.