Texniki Universitetin əməkdaşı bir milyon laridən çox pulu mənimsəyib
Texniki Universitetin əməkdaşı maaşları mənimsədiyinə görə saxlanılıb - 1 milyon 288 min lari mənimsənilib. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Araşdırma zamanı məlum olub ki, Texniki Universitetin Maliyyə şöbəsinin baş mütəxəssisi - M.A. müxtəlif vaxtlarda əmək haqqı bazalarını doldurarkən əmək haqqının hesablanması üçün Texniki Universitetin işçilərinin şəxsi məlumatlarını, onların əmək haqqı hesabı əvəzinə isə öz bank hesabını göstərib, nəticədə göstərilən vəsait onun hesabına daxil olub.

Bundan əlavə, təqsirləndirilən şəxs əmək haqqının yazılması üçün hazırladığı sənəddə əmək haqqının hesablanması üçün tanışlıq dairəsindən işə qəbul edilən şəxslərin şəxsi məlumatları və bank hesablarının nömrələrini göstərmiş, nəticədə təqsirləndirilən şəxsin tanışları, Gürcüstan Texniki Universitetinin işçisi olmayanlara maaş verildiyi iddia edilir.

Bu hərəkətləri ilə təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvləri ilə birlikdə Gürcüstan Texniki Universitetinə məxsus 1 milyon 288 min lari dələduzluq yolu ilə ələ keçirib. M.A.-ya qarşı ittiham irəli sürülüb və onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google