Səfir: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə filmlər çəkə bilər”
“Türkiyə, Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etdirilə bilər. Niyə birgə filmlər istehsal olunmasın?”

Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun fikrincə, üçtərəfli əməkdaşlığı daha da genişləndirmək üçün görüləcək çox iş var: “Amma bunu yalnız dövlət və hökumət etməməlidir. Bu istiqamətdə dövlətin və hökumətlərin bəlkə də ən böyük töhfəsi vəsait təmin etmək olar, çünki hər şey maddi dəstəyə bağlıdır. Hesab edirəm ki, üçtərəfli iş birliyini regionun digər ölkələri və xalqları ilə əməkdaşlığa çevirmək, bölgə hüdudlarından kənarda da tanıtmaq lazımdır”.

Diplomat ana dilinin tədrisi, üç ölkənin Təhsil nazirlikləri arasında əməkdaşlığı, tarix, ortaq tarix, yüksək texnologiyalar, biznes sahələrində də üçtərəfli iş birliyinin qurulmasını mümkün hesab edir: “Müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq inkişaf etdirilsə, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərəcək”.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google