25 may tarixində Marneuli İctimai Kollecində Gürcüstan və
Azərbaycanın müstəqillik günü qeyd olunub.
Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin və Marneuli İctimai
Kollecinin təşkilatçılığı ilə keçirilib. Tələbələr müstəqillik və
azadlığın əhəmiyyətindən danışıblar. Müxtəlif musiqi nömrələri
təqdim olunub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze və dəvət olunmuş qonaqlar iştirak
edib. Marneuli meri Kənan Ömərov iştirakçıları müstəqillik günü
münasibəti ilə təbrik edib.
“Gürcüstan və Azərbaycanın müstəqillik günü münasibəti ilə
size təbrik edirəm. Daha çox inkişaf, sülh arzulayıram. Bugünkü
tədbirin iştirakçılarına minnətdarlığımı
bildirirəm.”
Marneuli İctimai Kollecinin rəhbəri Mahir Bayramov bildirdi ki,
Gürcüstan və qonşu ölkə, Azərbaycanın dostluğu nümunəvidir.
“Bu gün iki ölkənin müstəqillik gününü qeyd edirik. Sabah,
26 mayda Gürcüstanın, 28 mayda isə Azərbaycanın müstəqillik
günüdür. Biz bir neçə gün əvvəl qeyd edirik ki, sonra digər
tədbirlərə də qoşula bilək. Əsrlər boyunca Gürcüstan və Azərbaycan
qardaş ölkə olub, belə də davam edəcək. Bir daha hamını təbrik
edirəm.”
Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev Gürcüstan-Azərbaycan dostluğunu diqqətə yetirib. O, ümid
edir ki, iki ölkə arasında əlaqələr daha da güclənəcək.
“Gürcüstan və Azərbaycanı dostluq əlaqələndirir.
Həmçinin, biz strateji tərəfdaşlarıq. 1996-cı ildə Əliyev
Gürücstanda rəsmi səfərdə olan zaman bu əlaqələrin təməlini qoydu.
Ondan sonra Gürcüstan və Azərbaycanın birliyi belə davam edir. İki
ölkəni böyük layihələr əlaqələndirir. O zaman hegemon ölkələr buna
mane olmağa çalışsa da prezident Əliyev və Şevardnadze buna nail
oldu. Bizim ölkələr arasında yaxşı münasibət, dostluq, eləcə də
siyasi-iqtisadi sahələrdə inkişaf var. Bu isə onu göstərir ki, iki
ölkə daim inkişaf yolundadır. Əminəm ki, bizim müstəqilliyimiz
daimidir. Biz mübariz xalqlarıq. Həmişə belə bir olacaqlar və
onlara heç kim qalib gələ bilməz. Bir daha, hər iki ölkə xalqını
təbrik edirəm. Sülh olsun. Yaşasın Gürcüstan və Azərbaycan.
Həmçinin, təşkilatçılara minnətdaram ki, bu günü qeyd
edirlər.”
Tədbirdə simvolik olaraq müstəqillik aktları təqdim olunmuşdu.
Gələn qonaqlar simvolik olaraq aktı imzaladı və iki ölkənin
müstəqilliyinin bərpasını təsdiq etdilər.
“İki ölkənin müstəqilliyinin bərpası gününü Marneulidə qeyd
etməyimiz simvolikdir. Eləcə də, Azərbaycanın müstəqilliyinin
1918-ci ildə Tbilisidə elan edilməsi də simvolikdir. Məhz
müstəqillik aktını elan edənlər Tbilisidə, Ümumi Qafqazın dövlət
konfederasiyasının dağılmasından sonra Gürcüstan 26 mayda,
Azərbaycan isə 28 mayda müstəqilliyini elan etdi”, –
Marneuli İctimai kollecinin direktor müavini Zviad Ardzenadze
bildirdi.
26 may tarixində, Marneulidə müstəqillik günü ilə əlaqədar müxtəlif
fəaliyyətlər keçiriləcək. Yerli özünüidarədən bidlirdilər ki,
tədbir şəhərin mərkəzi parkında, “Yenə də böyüyəcəklər”-in
ərazisində keçiriləcək. Müxtəlif əyləncəli və maarifləndirici
tədbirlər saat 14:00-da başlayacaq.
Musiqili və teatr nümayişləri:
- Tarixi sərgilər;
- Gürcü xalq ənənələrinin guşələri;
- İdman fəaliyyətləri;
- Müsabiqələr, uşaq tamaşaları və şoular;
- Saat 17:10-da bayram tədbirinin qeyd
olunması;
Axşamın yekun konserti:
- “Alilo” ansamblının,”Rezo və Uşaqlar” qrupunun
çıxışı
26 may tarixində gürücstan müstəqillik gününü qeyd edəcək. Mühüm
bayram öz mənbəyini 1918-ci ildən götürür.