Marneulinin 74 məktəbindən yalnız 7 məktəbdə tibb bacısı var
Marneuli bələdiyyəsinin məktəblərindən birində, ötən həftə yuxarı sinif şagirdinin vəziyyəti pisləşib. Məktəbin adını bilərəkdən qeyd etmirik. Pedaqoqlar təcili yardım çağırıblar. Müəllim deyir ki, məktəbin tibb bacısı yoxdur. Buna görə də şagird üçün ilkin tibbi yardım xidmətini çağırmalı olub.

“Çağırışdan sonra, bizə zəng vurdular və dedilər ki, təcili yardım qrupu yerində yoxdur. Başqa çağırış olub və çıxıblar. Əgər mümkündürsə özünü xəstəni xəstəxanaya aparın. Müəllimlər bacardığmız qədəri ilə uşağa yardım göstərdik və sonra klinikaya apardıq”, – Pedaqoq bildirdi

Marneuli bələdiyyəsində təcili yardım xidmətinin yaınız 5 maşını olmasından irəli gələrək, “Marneuli” radiosu neçə məktəbdə belə hallarda şagirdə və ya müəllimə ilkin yardım göstərə biləcək tibbi heyətin olması ilə maraqlandı.

Marneuli bələdiyyəsinin Resurs Mərkəzinin direktor səlahiyyətlərini icra edən Əli Qəhrəmanovun sözlərinə görə, 74 ictimai məktəbdən yalnız 7 məktəbdə tibb bacısı var. Təhsil müəssisələrindən bu problem güman ki, sentyabr ayında həll olunacaq. Onun sözlərinə görə, ilk növbədə, həkim otağında təmir işləri aparılacaq.

“Nazirlik bizim məktəblərdə məlumat tələb etdi. Təmir işlərinə başlanılmalıdır ki, həkim, yaxud tibb bacısı kabinetləri qaydasına salınsın. İndiki mərhələdə Keşəli, Ağməmmədli, Sadaxlı 1 saylı, Marneuli 1 saylı, Marneuli 6 saylı, Marneuli 5 saylı və Candar məktəblərində həkim var. Biz nazirliyiə məktəblər barədə məlumat göndərdik. Harada həkim yoxdur bildirdik və sonra öz qərarları ilə seçəcəklər. Məktəblərdə həkim və tibb bacısı otaqlarında təmir işləri aparılacaq. Ola bilsin artıq təmirə başlanılsın və sentyabrda hazır olsun. Bundan sonra isə məktəb vakansiya elan edəcək”, – Qəhrəmanov bildirdi.

2021-ci ildə təhsil naziri Mixeil Çxenkeli bildirib ki, şagirdin sağlamlığına daha çox diqqət ayrılmalıdır. Onun sözlərinə görə, Gürcüstan miqyasında 648 məktəb tibbi kabinetlə təchiz edilib və 2022-ci ilin sonuna qədər Gürcüstandakı bütün məktəblərdə tibbi məkan yaradılmalıdır.

22 mart tarixində məktəblərdə tibbi heyətin fəaliyyət standartlarının müəyyən edilməsi barədə sərəncam imzalanıb. Standart həkimin eləcə də tibb bacısıın ixtisas tələblərini müəyyən edir. Həkimin qeyd olunan ixtisaslardan biri üzrə ali tibbi təhsili və həkimlik fəaliyyətini təsdiq edən dövlət sertifikatı olmalıdır: “Pediatria, ailə təbabəti”, tibb bacısının isə müvafiq ali peşə təhsili olmalıdır və tətbiq edilmiş səlahiyyətlə həkimin köməkçisi fəaliyyətini həyata keçirməlidir.

"Marneuli" Radiosu
Print