Bolnisidə “Müsdəqilliymiz əbədidir” adlı inşa müsabiqəsi keçirilib (FOTO)
25 may tarixində Bolnisidə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”-ndə Gürcüstanın müstəqilliyinə həsr olunmuş “Müsdəqilliymiz əbədidir” adlı inşa müsabiqəsi keçirilib. Müsabiqədə Bolnisi məktəblərində təhsil alan 30-dan çox şagird iştirak edib. Onlar gürcü və Azərbaycan dillərində inşalar yazıblar.

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”-nin direktoru Rezo Həsənov “Marneuli” radiosuna bildirdi ki, müsabiqədə Bolnisi bələdiyyəsində fəaliyyət göstərən gürcüdilli və azərbaycandilli məktəblərin şagirdləri iştirak ediblər.

“Müsabiqəyə 30-dan çox məktəbli qatılmışdı. Yarışma 9, 10, 11, 12-ci sinifllər arasında keçirildi. Onlar gürcü və azərbaycan dillərində inşalar yazdılar. İnşa müsabiqəsi iki hissədən — gürcü və azərbaycan dilindən ibarət idi. İlk 3 pillənin qaliblərinə pul mükafatı və təşəkkürnamələr təqdim olundu. Müsabiqədə qalib olmayan digər iştirakçılara isə təşəkkürnamələr verildi. Müsabiqənin məqsədi Gürcüstanın müstəqilliyi ilə bağlı şağirdlərin biliklərinin artırılması, müstəqilliyin əhəmiyyəti və müstəqilliyin onlara nələrin verdiyi haqda məlumatın çatırılması idi”, – Rezo Həsənov dedi.

Tədbirdə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”-nin təsisçiləri, müəllimlər, valideynlər, şağirdlər və dəvət olunmuş qonaqlar iştirak ediblər. Hüseynovun sözlərinə görə, müsaqbiqəyə heç bir təşkilat və dövlət qurumuları dəstək göstərməyib. Tədbir mərkəzin öz təşəbbüsü ilə həyata keçirilib.

“Bu cür müsabiqələrin gələcəkdə də keçirilməsini planlaşdırırıq. Düşünürəm ki, bu cür müsabiqələrin və tədbirlərin keçirilməsi, gənclər və şagirdlər arasında çox böyük bir motivasiya yaradır. Ona görə ki, bu cür tədbirlər onların təhsillərində, gələcək həyatlarında, böyük bir təcrübə və güvən hissləri yaradacaq”, – Rezo Həsənov dedi.

“Müsdəqilliymiz əbədidir” adlı inşa müsabiqəsində 6 şagird qalib gəlib. Onların hər birinə pul mükafatı və təşəkkürnamələr verilib.

Azrbaycan dillində yazılan inşa müsabiqəsinin qalibləri:
  1. Rəsul Bayramov – Kəpənəkçi kəndi (Kvemo Bolnisi)
  2. Alina Əhmədova – Güləver kəndi (Qeta)
  3. Ruhiyyə Nəbiyeva – Dəllər kəndi (Cavşaniani)
Gürcü dilli üzrə inşa müsabiqəsinin qalibləri:
  1. Ana Bejanashvili – Bolnisi
  2. Aysel Qurbanova – Arxılı kəndi (Naxiduri)
  3. Mariam Ğuğunişvili – Bolnisi
Qeyd edək ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” 2021-ci ilin 10 sentyabrında Bolnisidə qeydiyyatdan keçib və 8 noyabrdan isə rəsmi olaraq fəaliyyətə başlayıb. Mərkəzin yaranmasında əsas məqsəd bölgədə yaşayan əhaliyə təhsil və hüquq sahəsində yardımların göstərilməsidir. Bundan əlavə mərkəzin hədəflərindən biri də Bolnisidə yaşayan azərbaycanılara dövlət dilinin öyrədilməsi və əhalinin inteqrasiyasına nail olmaqdır.

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” hal-hazırda təhsil və hüquq sahələri üzrə işlərini davam etdirir. Mərkəzdə təhsil sahəsi üzrə gürcü və ingilis dillərində ödənişsiz kurslar fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə hüquq sahəsi üzrə ödənişsiz məsləhətlər də verilir.

Hal-hazırda mərkəzin 70-dən çox üzvü var. Onlar gürcü və ingilis dilində ödənişsiz kurslardan yararlanırlar.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google