2022-ci ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə
Gürcüstandan diri quş əti ixracı 3 dəfə artıb. O cümlədən, 2021-ci
ilin yanvar-aprel aylarında Gürcüstandan 568,8 min ABŞ dolları
həcmində quş gedibsə, bu ilin 4 ayında ixrac 1,670 milyon ABŞ
dolları təşkil edib.
Bu il ən çox diri quş Azərbaycana ixrac edilib (1,118 milyon
dollar). Bundan əlavə, Ermənistan (535,1 min dollar) və Rusiyaya
(16,8 min dollar) ixrac edilib.
Quşçuluğun İnkişafı Assosiasiyasının sədri Zura Üçumbeqaşvilinin
izah etdiyinə görə, bunun səbəbi ölkədə yeni inkubatorun fəaliyyətə
başlamasıdır.
“Bu faktı mənim tərəfimdən konkret izah etmək olar. Mən şəxsən türk
tərəfdaşlarımla birlikdə Saqarecoda çox böyük bir inkubator tikdim.
İndiki mərhələdə biz Saqarecoda yetişdirdiyimiz və artıq Azərbaycan
və Ermənistana bir milyondan çox qanad ixrac etdiyimiz inkubasiya
yumurtalarını idxal edirik (sonra mütləq yerli istehsal edəcəyik).
Yəni biz bu istiqaməti inkişaf etdirməyi
planlaşdırırıq”, - deyə Zura Uçumbeqaşvili
bildirib.