Aprel ayında 9600 lari maaş alanların sayı 2020-ci illə müqayisədə 119% artıb
2022-ci ilin aprel ayında aylıq əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 15 faiz artıb. Bu barədə PMCG-nin yaydığı araşdırmada deyilir.

“2022-ci ilin aprel ayında 0-dan 600 lariyə qədər aylıq əməkhaqqı alanların sayı 22,8% təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,6 faiz bəndi azalıb.

2022-ci ilin aprel ayında aylıq 2400 laridən çox əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 7 faiz bəndi artaraq 18 faiz təşkil edib.

2021-ci ilin aprel ayında aylıq 9600 laridən çox əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 119 faiz artıb. 2022-ci ilin aprel ayında 9600 laridən çox qazananların sayı 1,5% təşkil edib",
- araşdırm

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google