Regional inkişaf və infrastruktur nazirinin sözlərinə görə, bu il
yeni Rikoti keçidinin konkret hissələri açılacaq. Bunu parlamentdə
çıxışı zamanı İrakli Karseladze deyib.
Onun sözlərinə görə, Rikoti aşırım yolunun tarixi layihəsi həm
məzmun, həm də mühəndis həlləri ilə seçilir. Nazirin sözlərinə
görə, 52 km yolda 51 tunel və 97 körpünün tikintisi nəzərdə tutulub
ki, bunlardan da paralel olaraq 88 körpü və 48 tuneldə işlər
aparılır. Buradan 6 körpünün tikintisi başa çatdırılıb və
nəqliyyatın hərəkəti açıqdır, 24 körpü isə tikilib. Tamamlanmış 3
tuneldə də nəqliyyatın hərəkəti açıqdır, 21 tunel isə artıq
kəsilib.
"Rikotinin ilk 2 km-lik hissəsini 2021-ci ildə açdıq və razılaşmaya
əsasən, qalan hissənin tikintisi mərhələlərlə 2022-2023-cü illərdə
başa çatdırılacaq. Bu il də konkret hissələrin açılmasını
planlaşdırırıq”, - deyə Karseladze bildirib.