Google Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir
Google Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir. Mayın 26-da, saat 00:00-da axtarış sisteminin əsas səhifəsinə daxil olan kimi, üzərində Gürcüstan bayrağının təsviri olan xüsusi “doodle” peyda olub.

Axtarış sistemi Gürcüstanın bu gün Müstəqillik Gününü qeyd etdiyini göstərir. “Doodle” istifadəçini Gürcüstanın Müstəqillik Günü ilə bağlı məlumatların yerləşdirildiyi axtarış sisteminin müvafiq səhifəsinə yönləndirir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google