Polşanın Lodz şəhərində 26 yaşlı gürcü qadın öldürülüb.
Yerli KİV-in məlumatına görə, qadının gürcü əri tərəfindən ölümcül
yaralandığı bildirilir.
Polşa mediası yazır ki, 42 yaşlı kişi əvvəlcə həyat yoldaşına
ölümcül yaralar vurub, sonra özünə xəsarət yetirib və yaşayış
evində yanğın çıxarıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər qadını yanan evdən çıxarmağa
müvəffəq olub, bundan sonra qadının üzərindəki yaralar həyatla bir
araya sığmasa da, tibb müəssisəsinə aparılıb və o, dünyasını
dəyişib. Kişinin hazırda səhhəti ağır olduğu üçün klinikadadır.