Ukrayna Radasının sədri mayın 26-da Papuaşvilini təbrik edib
Ukrayna Ali Radasının sədri Ruslan Stepançuk gürcüstanlı həmkarı Şalva Papuaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Ruslan Stefançuk Gürcüstan parlamentinin üzvlərinə Ukraynaya səfər zamanı göstərdikləri dəstəyə və həmrəyliyə görə təşəkkür edib.

“Ukrayna Ali Radası adından və şəxsən öz adımdan sizi Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən gürcü parlamentarilərinə Ukraynanın müasir tarixinin ən çətin dövründə göstərdikləri dostluq dəstəyinə görə təşəkkür edirəm. Avropa qitəsində sülh və təhlükəsizliyi bərpa etməyə çalışan Ukrayna xalqına səfəriniz zamanı göstərdiyiniz həmrəyliyi də yüksək qiymətləndirirəm.

Sizinlə parlamentlərarası əməkdaşlığın prioritet sahələrini müzakirə etmək fürsəti əldə etdiyim üçün çox şadam. Əminəm ki, bu, Ukrayna və Gürcüstan arasında qarşılıqlı faydalı strateji tərəfdaşlığın möhkəmlənməsinə, bizim Avropa və Avroatlantik inteqrasiya yolunda irəliləyişimizə töhfə verəcək. Cənab Sədr, sizə məsuliyyətli fəaliyyətinizdə uğurlar, həmvətənlərinizə isə sabitlik və firavanlıq arzulayıram”, -
Ukrayna Ali Radası sədrinin parlament tərəfindən dərc edilən təbrik məktubunda deyilir.

Mənbə: Netgazeti
Print