Karl Harçel - İndi Gürcüstanın Avropa yoluna sadiqliyini təsdiqləmək üçün qəti addımlar atmasının vaxtıdır
Avropa İttifaqının səfiri Karl Harçel gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Harçelin qeyd etdiyinə görə, Aİ Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün sarsılmaz tərəfdarı olaraq qalır.

“Gürcüstanı və gürcü xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Aİ Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün sadiq tərəfdarı olaraq qalır. Bu çətin zamanda bizi Ukrayna ilə həmrəylik birləşdirir.

Biz Gürcüstanın yanındayıq və aramızdakı dərin əlaqələri yüksək qiymətləndiririk. Biz bu əlaqələrin daha da dərinləşməsini istəyirik. Martın 3-də Gürcüstan hökuməti ölkənin mütləq əksəriyyətinin arzularını ifadə edərək, Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edib.

Gürcüstan öz tarixi dəyərlərinə əsaslanaraq seçim etdi. İndi Gürcüstanın Avropa yoluna sadiqliyini təsdiqləmək üçün qəti addımlar atmasının vaxtıdır”,
- deyə Harçel bildirib.

Mənbə: İnterPressNews
Print