16 iyun tarixində Marneulidə “Marneuli kolleci” və “Marneuli
İctimai Kollecinin” təşkilatçılığı ilə işlə təmin etmə forumu 2022
keçirilib.
“Marneuli kollecinin” direktor müavini Sopio Qomelauri “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbirdə Marneuli və
Bolnisinin biznes şirkətləri iştirak edirdilər.
“Marneuli meriyası və İşlə Təmin Etməyə Dəstək Dövlət
Agentliyi bizim tərəfdaşımızdır. Təşkilatçılar Kvemo Kartli
regionunda aparıcı biznes subyektləri dəvət etdik. Burada “TBC”,
“Gorgia”, “Pharmadhepo”, “Aversi”, “Geo Hospitals” və s. təqdim
olunub. Şirkətlər yerində forumda iştirak edən bütün könüllülərlə
söhbət apardı. Ötən il də Marneuli kollecinin təşkilatçılığı ilə
belə tədbir keçirildi və çox yaxşı nəticə əldə etdik. Təşkilatçılar
iki kollecdir, ancaq iştirakçılar “Marneuli kolleci”, “Marneuli
İctimai Kolleci”, “Modus” Dövlət Kollecinin Marneuli filialı və
Marneuli Tibb Kollecidir”, – Sopio Qomelauri
bildirdi.
“İşlə təmin etmə perpsktivi mümkün olan təşkilatları,
bankları, tibb müəssisələrini dəvət etdik. Universitetin
məzunlarına işlə təmin olunma imkanını göstərmək istəyirik.
İşsizlik böyük problemdir. Tez-tez vakansiyalar olur, amma bu
barədə məlumatları yoxdur. Bugünkü görüş hansı saytlarda
vakansiyalar qoyulduğu, necə qeydiyyatdan keçməli olduqları barədə
məlumatlandırmaya həsr edilmişdi. Hansı sənədləri təqdim etmək
lazımdır, hansı prosedurları keçməlidirlər, sonradan söhbət
proseduru var və s.”, – Marneuli İctimai Kollecinin
direktoru Mahir Bayramov bildirdi.
Tədbirin məqsədi Marneuli və Bolnisidə işlə təmin etmə, eləcə də
işlə təmin edən və işləmək istəyən şəxslərin ünsiyyət qurmasına
dəstək olmaqdır.