"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
1 iyul tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 11:00-dan 19:00-a kimi
Marneuli rayonunun Qaçağan, Ağməmmədli, Kirəç-Muğanlı,
Xancığazlı, Axlımahmudlu, Araflı, Təkəli, Qasımlı, Kəpənəkçi və
ətraf kəndlərdə elektrik enerjisinin verilməsi müvəqqəti
olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge