Ukrayna daxili işlər nazirinin müavini - Rusiya hərbçilərinin törətdiyi cinayətlərlə bağlı 20 minə yaxın iş açılıb
Rusiya Federasiyası hərbçilərinin Ukrayna ərazisində törətdiyi cinayətlərlə bağlı artıq 20 minə yaxın cinayət işi başlanıb, - Zaporojyada Ukrayna daxili işlər nazirinin müavini Yekaterina Pavliçenko bildirib.

“Bu gün hüquq-mühafizə orqanları, Milli Polis Prokurorluq və Daxili İşlər Nazirliyinin digər idarələri ilə birlikdə Rusiya Federasiyasının Ukrayna ərazisində törətdiyi cinayətlərin sənədləşdirilməsi üzərində işləyir. Artıq bütün Ukrayna üzrə Milli Polis tərəfindən 20 minə yaxın cinayət işi başlanıb. Söhbət mülki əhaliyə və mülki infrastruktura qarşı törədilən cinayətlərdən gedir”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, qeyd olunan cinayətlər arasında cinsi zorakılıq faktları da var.

Mənbə: İnterPressNews
Print