Odessa vilayətinin bombalanması nəticəsində azı 17 nəfər həlak olub - onlardan 1-i uşaqdır
Rusiya işğalçılarının Odessa bölgəsində çoxmərtəbəli binanı bombalaması nəticəsində azı 17 nəfər həlak olub. Ukrayna mətbuatının rayonun hərbi administrasiyasının rəhbəri Sergey Bratçuka əsaslanaraq yazdığına görə, onların arasında 1 uşaq da var.

Unian-ın məlumatına görə, 3-ü uşaq və bir hamilə qadın olmaqla 31 nəfərin tibbi yardıma ehtiyacı var. Dağıntılar altından 3-ü uşaq olmaqla 8 nəfər çıxarılıb.

Xilasetmə əməliyyatları davam edir.

Mənbə: tabula.ge
Print