Marneuli meriyasının əməkdaşları Avropa İttifaqı haqqında məlumatlandırma kampaniyasına mane olublar
2 iyul tarixində “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazarı ərazisində əhali ilə görüşüb və bukletlər paylayıb.

Fəal vətəndaşlar yerli sakinlərə Avropa dəyərləri və Gürcüstanın Avropa İttifaqına namizəd statusu qazanması üçün atmalı olduğu addımlar barədə danışıblar. Özünüidarə nümayəndələri mülki fəallara mane olublar. Yerli meriya, Bələdiyyə Məclisi və qeyri-kommersiya təşkilatlarının bir çox əməkdaşı mülki fəalları ərazini tərk etməyə çağırıb. Xüsusilə Marneuli meriyasının əməkdaşı, “Qadın otağının” rəhbəri Rima Otaraşvili fəallıq göstərib. O, öz hərəkətinə qeyri-iş saatı olması ilə bəraət qazandırıb. Eləcə də meriyanın nümayəndəsi İrma Zarkua Marneulili mülki fəal Samirə Bayramovaya xaçı təhqir etməsini bağışlamayacağını deyib.

“Sizə vətəndaşları aldatmağa imkan verməyəcəyəm. Samirə, sənə deyirəm, vətəndaşları aldatmağa imkan verməyəcəyəm. Burada nə qədər istəyirsən dayan. Sən bizim xaçın üzərinə xətt çəkdin, xristian xaçını qırmızıya boyadın, buna hüququn yox idi, sənin xristianlarla danışmaq hüququn yoxdur”, - İrma Zarkua deyib.

Mülki fəallara mane olanlar arasında Alt-İnfonun Marneuli üzrə nümayəndəsi Nana Donadze də var idi. O, mülki fəalları Milli Hərəkatla eyniləşdirib.

“Bu adamlar xüsusilə göndərilib ki, qarşıdurma olsun. Biz bu gün Marneulidə əhalinin əhval-ruhiyyəsini gördük. Onlar Avropa İttifaqını müsbət qiymətləndirir və dəstəkləyirlər”, - Samirə Bayramova bildirib.

Bukletlərin paylanmasında Marneulili mülki fəal Nona Samxaradze də iştirak edirdi. O, düşünür ki, mübahisə yaratmağa çalışan yerli hakimiyyət idi, bu məsələdə İrma Zarkuanın rolunu xüsusi qeyd edir.

“Marneuli meriyasının əməkdaşları səfərbər edilmişdi. İrma Zarkuanı xüsusi qeyd edərdim. Bu adam “Gürcü Arzusu”-nun və ya hansısa qaranlıq şeylər mövcuddursa, onun nümayəndəsidir. Çünki o, təxribata cəhd edirdi. Arxada meriya və Bələdiyyə Məclisinin digər əməkdaşları dayanmışdılar. Nəzarət Xidmətindən və s. İrma Zarkua xüsusilə göndərilmişdi ki, mikrofonlar qarşısında Samirə Bayramovaya hücum etsin və nə isə baş versin. Sonra kadrlar çəksinlər ki, əhali bu aksiyaya qarşı çıxır, ancaq bu belə deyildi. Əhali Avropa İttifaqını istəməyimizlə bağlı mesajları çox yaxşı qəbul edirdi”.

Qeyd edək ki, “Evə - Avropaya doğru” hərəkatı Gürcüstanın digər bələdiyyələrində də əhali ilə görüşlər keçirir.

“Marneuli” radiosu mövzu üzərində işləməyə davam edir.

Print Email
FaceBook Twitter Google