İstintaq xidməti tərəfindən gömrük sərhədində qayda pozuntusu aşkar edilib
İstintaq xidməti tərəfindən gömrük sərhədindən xüsusilə külli miqdarda qiymətli metalların keçirilməsi ilə bağlı qayda pozuntusu aşkar edilib.

Xüsusilə külli miqdarda qiymətli metal qırıntılarının gömrük qaydalarını pozaraq Gürcüstanın gömrük sərhədinə aparılması faktı aşkarlanıb.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, Ermənistan Respublikası vətəndaşı gömrük dəyəri 133 351,74 lari olan 871,53 qram qızıl qırıntılarını gizli şəkildə Gürcüstandan Türkiyə Respublikasına "Kartsaxi" keçid məntəqəsi vasitəsilə gömrük nəzarətindən keçirməyə cəhd edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər