Milli Qida Agentliyinin məlumatına görə, Şərqi Gürcüstanda artıq 80
min hektar sahədə çəyirtkələrə qarşı dərmanlanmışdır.
Onların məlumatına görə, Şərqi Gürcüstanda çəyirtkələrlə mübarizə
prosesi intensiv şəkildə gedir. Kaxeti bölgəsində, Dedoplistskaro
bələdiyyəsində xüsusilə çox sayda italyan və mərakeş çəyirtkələri
müşahidə olunur ki, bu da ərazidə çoxillik və birillik kənd
təsərrüfatı bitkiləri üçün təhlükə yaradır.
“Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili
çəyirtkə əleyhinə tədbirlərin gedişi ilə yerindəcə tanış olub.
Qurumun bitki mühafizəsi mütəxəssisləri xüsusi texnika və
preparatlarla əkin sahələrini intensiv şəkildə dərmanlayıblar.
Fermerlərin sözlərinə görə, görülən tədbirlər nəticəsində
zərərvericilərin sayı azalıb ki, bu da məhsulun saxlanmasına şərait
yaradır.
Şərqi Gürcüstanda artıq 80 min hektar ərazi çəyirtkəyə qarşı
dərmanlanıb, o cümlədən Kaxetidə 21 min ha, Kvemo Kartlidə 45 min
ha, Mtsxeta-Mtianeti və Şida Kartlidə 14 min ha.
Mərakeş və İtaliya çəyirtkəsi taxıl, tərəvəz və çoxillik bitkilərə
zərər verən, bitkinin yaşıl örtüyü ilə qidalanan və çox vaxt
əkinləri və bitkiləri tamamilə məhv edən
zərərvericidir”, - məlumatda deyilir.