Ölkə 6 ayda 37 min tona qədər duz alıb – məhsulu hardan alırıq?
Gürcüstan bu ilin 6 ayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə daha çox duz alıb.

Rəsmi statistikaya görə, yanvar-iyun aylarında Gürcüstana idxal olunan 36 935 ton duzun dəyəri 2,9 milyon dollar təşkil edib.

Ötən ilin 6 ayı ilə müqayisədə idxalın dəyəri 24,2 faiz, həcmi isə 27,5 faiz artıb.

Statistika göstərir ki, ən çox duzu Türkiyədən alırıq. TOP-5 idxal edən ölkələr aşağıdakılardır:

1. Türkiyə - 1,5 milyon dollar, 24 214 ton;
2. Azərbaycan - 516 min dollar, 3 835 ton;
3. İran - 457 min dollar, 7 009 ton;
4. Ukrayna - 182 min dollar, 1 256 ton;
5. Yunanıstan - 82 min dollar, 154 ton;


Bu ölkələrdən əlavə, Hollandiya, Pakistan, Ermənistan, Qazaxıstan, Polşa, Xorvatiya, Rusiya, Böyük Britaniya, İtaliya və digər ölkələrdən az miqdarda duz idxal edirik.

Qeyd edək ki, duz faktiki olaraq ölkədən ixrac olunmur.

Mənbə: BM
Print