Əmlak agentlikləri iddia edirlər ki, Rusiya-Ukrayna müharibəsi
başlayandan sonra Rusiyada yerləşən beynəlxalq şirkətlər Gürcüstana
köçməyə başlayıb.
RENTALS.GE-nin idarəedici partnyorunun dediyi kimi, bunlar ən azı
200-300 işçini Gürcüstana köçürən şirkətlərdir. Digər tərəfdən
işçilər ailələri ilə birlikdə Gürcüstana köçürlər.
“Belə insanlarla işləməmək bizim fərdi qərarımızdır. Halbuki bizdə
belə məlumat var ki, şirkətlər bura gəlir, açılır, qeydiyyatdan
keçir. Mən vurğulamaq istəyirəm ki, bunlar Rusiya şirkətləri deyil,
Gürcüstana köçən beynəlxalq şirkətlərdir.
Aydındır ki, bu şirkətlərlə birlikdə çoxlu sayda Rusiya vətəndaşı
ailələri ilə birlikdə Gürcüstan və Tbilisiyə gələcək. Hər şirkətlə
birlikdə 200-300 ailə gələ bilər”, - deyə RENTALS.GE-nin idarəedici
tərəfdaşı Zurab Eristavi bildirib.
Məlumat üçün bildirək ki, “International Transparency Georgia”
təşkilatının məlumatına görə, təkcə bu ilin mart-iyun aylarında
Gürcüstanda 6400-ə yaxın Rusiya şirkəti qeydiyyatdan keçib ki, bu
da 2021-ci ilin göstəricisindən 7 dəfə çoxdur.