Marneuli bələdiyyəsi miqyasında son 5 gündə koronavirusa 27 yoluxma
qeydə alınıb.
Statistikanı yerli Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze təqdim
etdi və bildirdi ki, yoluxma halları artıb, ancaq say çox deyil.
Laperadzenin sözlərinə görə, virusa yoluxan heç bir xəstədə
ağırlaşma halları qeydə alınmayıb.
Ölkə miqyasında son 24 saat ərzində koronavirusa 51 yoluxma qeydə
alınıb. 94 nəfər sağalıb, 1 xəstə isə dünyasını dəyişib.