24 ailə içməli su gözləntisində
Dözülməz isti, su mühərrikinin uğultusu, qurumuş çiçəklər və içməli su gözləntisi – Marneulidə 20 yanvar küçəsi 2a ünvanının sakini olan 24 ailənin gündəlik həyat tərzi belədir. Əhaliyə əslində həftədə 3 gün su verilməlidir, amma sakinlər bizimlə söhbətləri zamanı bildirirlər ki, 3 aydan artıqdır su götürə bilmirlər.

20 yanvar küçəsi 2a ünvanının sakinləri “Marneuli” radiosuna bildirdilər ki, demək olar, içməli su verilmir. Onlar qeyd edirlər ki, “Birləşmiş Su Təchizatı Şirkəti” həftədə üç dəfə içməli su verir, amma su qısa müddət ərzində gəlir. Suyun təzyiqi də çox aşağı olduğundan çənləri doldura bilmirlər.


“Marneuli” radiosu 20 yanvar küçəsi 2a ünvanında yaşayan sakinlərin problemi barədə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinə məlumat verib. Şirkətdən bildirdilər ki, qeyd olunan istiqamətdə içməli su nasosu sıradan çıxıb və indiki mərhələdə təmir işləri aparılır. Şirkətdən bildirirlər ki, 20 yanvar küçəsi 2a ünvanına içməli suyun verilməsi gələn həftədən adi rejimdə davam edəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər