Əzizkəndə evi yanan ailəyə kömək məqsədi ilə yardım kampaniyası başladılıb
5 avqust tarixində Marneuli rayonunun Əzizkənddə aztəminatlı ailənin yaşadığı ev yanıb. Vətəndaşlar ailəyə kömək məqsədi ilə yardım kampaniyasına başlayıblar.

Bu barədə "Marneuli" radiosuna Algeti məscidinin axundu Mahir Quliyev məlumat verdi.

O, bildirdi ki, ailə illərdir fəhləlik edərək, ev inşa etmək üçün bir miqdar pul toplayıb. Lakin evədə yanğın başlayan zaman bütün əşyalarla birgə ailənin topladığı pul da yanıb.

Mahir Quliyev vətəndaşları ev sahibinə köməy etməyə çağırır. O, qeyd etdi ki, bunun üçün artıq yardım kampaniyasına başlayıblar.

Yardım etmək istəyən vətəndaşlar aşağıda qeyd olunan bank hesabına istənilən məbləği köçürə bilərlər.

Görarxı Xeyriyyə Fondunun hesabı:
GE85BG0000000161224144
Tel: +995 577 07 29 35

"Marneuli" Radiosu
Print