Azərbaycanın baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar
Assosiasiyasının 27-ci illik konfransında iştirak etmək üçün
Gürcüstanda səfərdədir.
Tədbir çərçivəsində Gürcüstanın baş prokuroru İrakli Şotadze və
Kamran Əliyev arasında görüş olub.
Gürcüstan Baş Prokurorluğunda keçirilən görüşdə İrakli Şotadze iki
ölkə arasında səmərəli hüquqi əməkdaşlığa görə Kamran Əliyevə
təşəkkür edib.
Görüşdə tərəflər iki ölkə arasında cinayətkarlığa qarşı mübarizə
sahəsində təcrübə mübadiləsinin aparılmasından söz açılıb.
Həmçinin cinayətkarlığa qarşı birgə səmərəli mübarizənin daha da
gücləndirilməsi istiqamətində müzakirə aparılıb.
Prokurorların beynəlxalq konfransında 60 ölkədən 300 prokuror və
yüksək səviyyəli nümayəndələr iştirak edirlər.