Türkiyə ilin sonuna kimi Qara dənizdə üç boru kəməri çəkəcək
Qara dənizdə üç boru kəmərinin çəkilişi ilin sonunadək başa çatdırılacaq. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, Qara dənizin Türkiyə sektorunda, Filios bölgəsində Qara dənizin dibi ilə qaz kəmərinin çəkilməsi “Sakariya” qaz yatağı layihəsi ilə nəzərdə tutulub və işlərin böyük hissəsi magistral kəmərin tikintisi başa çatdırılmışdır.

“Düşünürəm ki, bu ayın sonuna kimi bu məsələ bağlanacaq”, - nazir bildirib.

Fatih Dönməz bildirib ki, Qara dənizin dibində ümumilikdə üç xətt çəkiləcək, bunlardan üçüncü boru xətti kabel olacaq. Nazirin sözlərinə görə, “ilin sonunadək hər üç xətt hazır olacaq”.

O, həmçinin ölkənin cənubundakı Mersin vilayətində ölkənin ilk atom elektrik stansiyası olan “Akuyu”nun tikinti işlərinin aktivləşdirildiyini, ilk enerji blokunun 2023-cü ildə istifadəyə veriləcəyini bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google