2022-ci ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə
Tbilisidə kirayə haqqı 79% artıb.
Bu barədə “TBS Capital”ın araşdırmasında qeyd olunur. Məlumata
görə, bu ilin avqustunda icarə qiyməti 1 kv.m üçün 8,9 ABŞ dolları
təşkil edir.
Satış qiymətinə gəlincə, daşınmaz əmlakın dəyəri hər il 27% artıb.
2022-ci ilin avqust ayına olan məlumata görə, paytaxtda 1
kvadratmetrin orta qiyməti 999 ABŞ dollarıdır.
Bundan əlavə, “TBS Capital”in məlumatına görə, hesabat dövründə
Tbilisidə daşınmaz əmlak satışı 27% artıb. Bu ilin avqust ayında
ümumilikdə 3610 əməliyyat qeydə alınıb.
Araşdırmaya görə, 2022-ci ilin avqust ayına olan məlumata görə,
Tbilisidə daşınmaz əmlak satışının ən çox artdığı rayonlar
bunlardır: Didi Diğomi - 80%, Krtsanisi - 79% və Saburtalo -
38%.
Dəyərinə gəlincə, avqustda Tbilisidə yaşayış daşınmaz əmlakının
satış qiyməti ən çox artıb - Saburtalo rayonunda 31%, Qldani və
Nadzaladevidə isə müvafiq olaraq, 30% və 28%.