Marneulili idmançı boks üzrə Avropa birinciliyində Gürcstanı təmsil edəcək
Marneulili idmançı Əli Əhmədli İtaliyanın Roma şəhərində yeniyetmələr arasında keçiriləcək boks üzrə Avropa birinciliyində Gürcstanı təmsil edəcək. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Olimp İdman Məktəbi”nin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev məlumat verdi.

Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü Əli Əhmədli 46 kq. çəki dərəcəsində mübarizə aparacaq. Yarış 27 sentyabr tarixində baş tutacaq.

İdmançının məşqçiləri Roman Orucov və Röyal Qarabağlıdır.

"Marneuli" Radiosu
Print