Tbilisidə, Sairme küçəsində sağlamlığa az ağır zərər vurma və
qanunsuz olaraq odlu silah almaq, saxlama və gəzdirmə ittihamı ilə
bir nəfər həbs edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi kimi,
Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları
həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində
Tbilisidə G.Ç-ni saxlayıblar.
“Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, bu il oktyabrın 5-də təqsirləndirilən
şəxs qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü L.S.-yə
tapançadan atəş açaraq xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya
çatdırılıb, ona müvafiq köməklik göstərilib.
Polisin isti izdə apardığı əməliyyat-istintaq tədbirləri
nəticəsində G.Ç. Hadisədən az sonra o, təqsirləndirilən şəxs
qismində həbs edilib.
"İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci və 236-cı
maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır", -
məlumatda deyilir.