Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük-keçid
məntəqəsində
Ermənistan Respublikasından gələn dondurulmuş balıqla yüklənmiş
nəqliyyat vasitəsi saxlanılıb.
Gəlirlər Xidmətinin açıqlamasında qeyd olunduğu kimi,
sərhəd-karantin nəzarəti prosedurları zamanı Gömrük İdarəsinin
Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin baytar
həkimləri tərəfindən yükün üzərində temperatur rejiminin pozulması
faktı aşkar edilib.
Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, sözügedən yük
(2004 kiloqram dondurulmuş balıq) ixracatçı ölkəyə
qaytarılmalıdır.
Mənbə:
BPN