Batumidə orta yaşlı kişi tikilməkdə olan binanın 10-cu mərtəbəsindən yıxılıb
Batuminin Anqisi qəsəbəsində orta yaşlı kişi tikilməkdə olan binanın onuncu mərtəbəsindən yıxılıb.

Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, hadisə yerinə gələn həkimlər həmin şəxsin artıq öldüyünü aşkar ediblər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin səbəbi hələlik məlum deyil.

Print Email
FaceBook Twitter Google