“Müəllimlik mənim daxili dünyamın səsidir” – Maka Menteşaşvili
Sevgi, dostluq, münasibət, etibar, hörmət və sədaqət – bu Marneulili pedaqoqun fikrincə müəllimdə olmalı olan əsas dəyərlərdir. Maka Menteşaşvili yeddi ildir ki, təhsil sahəsində işləyir. Onun müəllimlik karyerası bələdiyyənin Təkəli kənd məktəbində gürcü dili və ədəbiyyat müəllimliyi ilə başlayıb. Maka hazırda Tsereteli kənd ictimai məktəbində işləyir. O, bildirir ki, özünü başqa sahədə təsəvvür etmir.

“Müəllimlik mənim üçün hər şeydir: Sevgi, dostluq, münasibət, etibar, hörmət və sədaqət – qısası mənim daxili dünyamın səsidir. Mənim bu seçimi etməyimə ilk növbədə gürcü ədəbiyyatına olan sevgim səbəb oldu. İllər əvvəl bi peşəni seçəndə hələ cəlbedici maaş yox idi. Seçdim, çünki ilk növbədə insanları sevirəm və uşaqları lap çox sevirəm. Ümumiyyətlə, bütün işlərdə sevgi lazımdır. Başqa cür hər şey səthi, mənasız və bezdrici olur. Bu işə xidmət göstərdiyimə görə, xoşbəxtəm, başqa sahədə özümü təsəvvür etmirəm”.

Pedaqoqun sözlərinə görə, müəllimdən çox şey asılıdır. Həmçinin, ən əsası şagirdləri düzgün dəyərllə yetişdirmək və inkişaf etdirməkdir.

“Gələcək nəsillərin yetişdirilməsi və onların inkişafı bizdən asılıdır. Bu yekunda ölkənin gələcəyini müəyyən edəcək. Biz uşaqlara yol göstərə bilərik, yaxşı və pisi seçməyi öyrədə, seçim hüququ verə və onlara məqsədlərinə çatmaqda kömək edə bilərik. Onlara ən vacib adamlar olduqlarını hiss etdirə, öz bacarıqlarına inandıra və bu həyatda yol verə bilərik. Düşünürəm ki, çox şeyi dəyişə bilərik, məhz bizim peşəmiz nəsilləri yetişdirməlidir. Yalnız fənni deyil, həm də ən mühüm olanı, şəxsi inkişafı da öyrtəməliyik. Şagirdlərdə nəsillərin yetişdirilməsi üçün mühüm olan dəyərləri formalaşdırmalıyıq. Başqa cür ölkənin inkişafı mümkün deyil. Sevinirəm ki, mən bu işdəyəm, sıradan bir müəllim kimi kiçik bir kərpic qoya bilərəm”.

5 oktyabr beynəlxalq müəllimlər günüdür və onu dünyanın 100-dən artıq ölkəsində qeyd edirlər.

Beynəlxalq müəllimlər günü öz mənbəyini 1994-cü ilin 5 oktyabrından götürür və onun beynəlxalq gün kimi qeyd olunma ideyası pedaqoji təşkilata aiddir. Təsisçilərin dediklərinə görə, bu günün tətbiq edilməsi müəllimlərə dəstək məqsədi daşıyır.

UNESCO-nun açıqlamasına görə, beynəlxalq müəllimlər gününün 5 oktyabrda qeyd olunması pedaqoqların gələcək nəsillərin yetişdirilməsi və təhsilindəki töhfələrinin göstəricisidir.


Print Email
FaceBook Twitter Google