Sevgi, dostluq, münasibət, etibar, hörmət və sədaqət – bu
Marneulili pedaqoqun fikrincə müəllimdə olmalı olan əsas
dəyərlərdir.
Maka Menteşaşvili yeddi ildir ki, təhsil sahəsində işləyir. Onun
müəllimlik karyerası bələdiyyənin Təkəli kənd məktəbində gürcü dili
və ədəbiyyat müəllimliyi ilə başlayıb. Maka hazırda Tsereteli kənd
ictimai məktəbində işləyir. O, bildirir ki, özünü başqa sahədə
təsəvvür etmir.
“Müəllimlik mənim üçün hər şeydir: Sevgi, dostluq,
münasibət, etibar, hörmət və sədaqət – qısası mənim daxili dünyamın
səsidir. Mənim bu seçimi etməyimə ilk növbədə gürcü ədəbiyyatına
olan sevgim səbəb oldu. İllər əvvəl bi peşəni seçəndə hələ
cəlbedici maaş yox idi. Seçdim, çünki ilk növbədə insanları sevirəm
və uşaqları lap çox sevirəm. Ümumiyyətlə, bütün işlərdə sevgi
lazımdır. Başqa cür hər şey səthi, mənasız və bezdrici olur. Bu işə
xidmət göstərdiyimə görə, xoşbəxtəm, başqa sahədə özümü təsəvvür
etmirəm”.
Pedaqoqun sözlərinə görə, müəllimdən çox şey asılıdır. Həmçinin, ən
əsası şagirdləri düzgün dəyərllə yetişdirmək və inkişaf
etdirməkdir.
“Gələcək nəsillərin yetişdirilməsi və onların inkişafı
bizdən asılıdır. Bu yekunda ölkənin gələcəyini müəyyən edəcək. Biz
uşaqlara yol göstərə bilərik, yaxşı və pisi seçməyi öyrədə, seçim
hüququ verə və onlara məqsədlərinə çatmaqda kömək edə bilərik.
Onlara ən vacib adamlar olduqlarını hiss etdirə, öz bacarıqlarına
inandıra və bu həyatda yol verə bilərik. Düşünürəm ki, çox şeyi
dəyişə bilərik, məhz bizim peşəmiz nəsilləri yetişdirməlidir.
Yalnız fənni deyil, həm də ən mühüm olanı, şəxsi inkişafı da
öyrtəməliyik. Şagirdlərdə nəsillərin yetişdirilməsi üçün mühüm olan
dəyərləri formalaşdırmalıyıq. Başqa cür ölkənin inkişafı mümkün
deyil. Sevinirəm ki, mən bu işdəyəm, sıradan bir müəllim kimi kiçik
bir kərpic qoya bilərəm”.
5 oktyabr beynəlxalq müəllimlər günüdür və onu dünyanın 100-dən
artıq ölkəsində qeyd edirlər.
Beynəlxalq müəllimlər günü öz mənbəyini 1994-cü ilin 5 oktyabrından
götürür və onun beynəlxalq gün kimi qeyd olunma ideyası pedaqoji
təşkilata aiddir. Təsisçilərin dediklərinə görə, bu günün tətbiq
edilməsi müəllimlərə dəstək məqsədi daşıyır.
UNESCO-nun açıqlamasına görə, beynəlxalq müəllimlər gününün 5
oktyabrda qeyd olunması pedaqoqların gələcək nəsillərin
yetişdirilməsi və təhsilindəki töhfələrinin göstəricisidir.