Tbilisidə “Pəncərələrin o biri tərəfi” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası keçirləcək
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı gürcü yazıçısı T.Badzağuanın “Pəncərələrin o biri tərəfi” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək . Premyera 12 dekabr tarixində saat 19:00-da Qriboyedov adına Rus Dram Teatrının kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Mədinə Həsənova və Fuad İsfahanlı iştirak edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Ketevan-Xatuna Bedeladzedir. Tamaşanın rəssamı isə Aleksandr Slovinskidir.

Biletin qiyməti 10 laridir və biletləri aşağıdakı saytdan əldə edə bilərsiniz:  biletebi.ge

Tamaşanın keçiriləcəyi ünvan: Qriboedov teatrı Ş.Rustaveli prospekti 2/4, Tbilisi, Gürcüstan.

Print Email
Tags: Tamaşa Teatr
FaceBook Twitter Google